Sərbəst güləş millisinin baş məqşçisi: Başda prezident İlham Əliyev olmaqla, xalqımızı təbrik edirik

Buenos Ayres-2018 yeniyetmələrin 3-cü olimpiya oyunlarında Turan Bayramov 65 kq-da qalib adını qazanıb. Allsport.az saytı xəbər verir ki, onun uğuruna baş məşqçi Əsgərxan Novruzov  şərh verib:

“İki aya yaxındır Olimpiadaya hazırlaşırdıq. Şükürlər olsun, hazırlığımız öz bəhrəsini verdi. Turanın potensialına inanırdıq. Bu il həm Avropa, həm də dünya çempionu olmuşdu. Ancaq olimpiadanın ab-havası başqadır. Burada da sözünü dedi.

Bu, bizim üçün çox sevindirici haldır. Başda prezidentimiz İlham Əliyev olmaqla, bütün xalqımızı, federasiyamızın rəhbəri Namiq Əliyevi və bütün əməkdaşlarımızı təbrik edirik. Turanın üzərində əziyyəti keçən bütün məşqçilərə minnətdarlığımı bildirirəm ki, əllərindən gələni əsirgəmədilər və biz də bu nəticəni verdik”.

 

Həmin kateqoriyadan