Sərbəst güləş yığmamız İstanbula təlim-məşqə yola düşüb

Sabah sərbəst güləş yığmamız ölkə xaricində növbəti təlim-məşqə başlayacaq. Allsport.az saytı xəbər verir ki, bu gün milli Türkiyəyə yola düşüb.

Baş məşqçi Saypulla Absəidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi ilə 14 bahadır iyulun 10-dək İstanbulda hazırlıq keçəcək.

Sonra komandamız ayın 11-dən 14-dək həmin şəhərdə təşkil olunacaq reytinq xarakterli Yaşar Doğunun xatirə turnirində qüvvəsini sınayacaq.

Həmin kateqoriyadan