Sərbəst güləşçilərimiz 5-qat dünya çempionunun xatirə yarışında

11-14 mayda Dağıstan respublikasının Kaspiysk şəhərində 5-qat dünya çempionu Əli Əliyevin xatirəsinə sərbəst güləşçilərin ənənəvi beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, millinin məşqçiləri Əşrəf Əliyev, Saypulla Absəidov və Sədrəddin Ayqubovun rəhbərliyi ilə qonşu ölkədə 17 bahadır mübarizə aparacaq.

Heyətdə İslam Bazarqanov (57 kq), Elçin Vəliyev, Məhəmmədhacı Qasımov, Mircəlal Həsənzadə (hamısı – 61 kq), Əli Rəhimzadə, Ənvərbəy Dalqatov, Davud İbrahimov (65 kq), Hacımurad Hacıyev, Məhəmməd Müslümov (70 kq), İsmayıl Abdullayev, Əbubəkr Abakarov, Hacımurad Ömərov (74 kq), İbrahim Yusubov, Murad Süleymanov (79 kq), Cavid Sadıqov, Aslanbəy Alborov (92 kq) və Əliməhəmməd Əlixmayev (97 kq) yer alıblar.

Görüşlərin idarə edilməsində ölkəmizi 2-ci beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı, Kamran Əliyev, Zaur Şərifov və Babək Allahverdiyev (3-cü kateqoriya) təmsil edəcəklər.

Həmin kateqoriyadan