Sərbəst güləşçilərimiz Avropa Oyunlarına hazırlığı Göygöldə davam etdirir

Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamız qarşıdan gələn ilk Avropa Oyunlarına hazırlığı Göygöl Olimpiya İdman Kompleksində davam etdirir. Allsport.az xəbər verir ki, yığma komandanın baş məşqçisi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında böyüklərdən və gənclərdən ibarət yığma komandanın üzvləri təlim-məşq toplanışında iştirak edir. 30-a yaxın güləşçinin qatıldığı TMT aprelin 22-dən başlayıb və mayın 6-dək davam edəcək.

Qeyd edək ki, iyun ayında ilk dəfə keçiriləcək Avropa Oyunlarında güləş yarışları 13-18 iyun tarixlərində Heydər Əliyev adına İdman Sarayında baş tutacaq. Hər üç güləş növü üzrə keçiriləcək yarışlarda ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Həmin kateqoriyadan