Sərbəst güləşçilərimiz Dmitri Korkinin xatirə yarışına yollanır

30 sentyabr – 1 oktyabrda Saxanın paytaxtı Yakutskda keçmiş SSRİ, Rusiya və bu respublikanın əməkdar məşqçisi Dmitri Korkinin xatirəsinə 10-cu beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, həmin yarışda sərbəst güləş mmilimiz 3 üzvü iştirak edəcək.

Yığma komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi ilə uzaq şimali-şərqə  Pərviz İbrahimov (57 kq), Məhəmməd Abdullayev (61 kq) və İbrahim Yusubov (86 kq) yollanacaqlar.

Həmin kateqoriyadan