Sərbəst güləşçilərimiz İvan Yarıginin xatirə yarışında uğursuz çıxış ediblər

Moskvada 2-qat olimpiya çempionu İvan Yarıginin xatirəsinə “Alrosa” kuboku başa çatıb. Allsport.az saytı xəbər verir ki, “Dinamo” idman sarayında təşkil olunan rəqabət olimpiya çəkilərində komanda üzrə olub.

Sərbəst güləşçilərin mübarizəsində heyətdə İslam Bazarqanov (57 kq), Ənvərbəy Dalqatov (65 kq), Hacımurad Ömərov (74 kq), Kənan Əliyev (86 kq), Roman Bəkirov (97 kq) və Rahid Həmidli (125 kq) yer alıblar. Millimiz Gürcüstana qalib gəlib (4:2), Rusiya, İran (1:5) və Özbəkistana uduzub.

Bu nəticə ilə Firdovsu Umudovun baş məşqçisi olduğu yığmamız 4-cü yeri tutub.

Həmin kateqoriyadan