Sərbəst güləşçilərimiz Kislovodskda təlim-məşq toplanışında

Xəbər verdiyimiz kimi, güləş üzrə milli komandalarımız ilin ilk təlim-məşq toplanışına başlayıblar. Allsport.az saytı xəbər verir ki, sərbəst güləş üzrə yığma komandanın üzvləri baş məşqçi Saypulla Absəidov, böyük məşqçi Firdovsi Umudov, məşqçi David Kurtsiya və gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzovun rəhbərliyi ilə Rusiya Federasiyasının Kislovodsk şəhərində hazırlıq keçir.

Yanvarın 7-dən başlayan və yanvarın 24-dək davam edəcək təlim-məşq toplanışında ustalardan ibarət yığma komandadan 21, gənclərdən ibarət millidən 9 pəhləvan iştirak edir. Hazırlıq başa çatdıqdan sonra güləşçilərimiz Parisdə keçiriləcək UWW Qızıl qran-pri turnirində mövsümün ilk sınağına çıxacaq.

Həmin kateqoriyadan