Sərbəst güləşçilərimiz “Qitələrarası kubok”da

14-16 oktyabrda Dağıstanın Xasavyurd şəhərində sərbəst güləş üzrə sayca 8-ci “Qitələrarası kubok” turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, milli komandanın məşqçilər korpusunun rəyinə əsasən, yarışda 15 bahadırımızın iştirakı planlaşdırılır.

Məşqçilər Əsgərxan Novruzov və Zəlimxan Hüseynovun rəhbərliyi ilə bu sınaqda Pərviz İbrahimov (57 kq), Qalib Əliyev, Əli Rəhimzadə, Əhmədnəbi Qvarzatilov (hamısı – 61 kq), Mahal Novruzov, Pənah İlyaslı, Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov, Zəlimxan Vəliyev (65 kq), Hacımurad Ömərov, Orxan Abbasov (70 kq), İsmayıl Abdullayev (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq) və Ömər İsrailov (125 kq) mübarizə aparacaqlar.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Natiq Hacıyev və Əbdül Nuriyev təmsil edəcəklər.

Həmin kateqoriyadan