Sərbəst güləşçilərimiz Qitələrarası kubokda

Oktyabrın 18-19-da Dağıstanın Xasavyurd şəhərində sərbəst güləşçilər arasında sayca 6-cı Qitələrarası kubok turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, milli komandanın məşqçilər korpusunun rəyinə əsasən, yarışa 14 idmançımız iştirak edəcək.

 

Bunlar Mahmud Məhəmmədov (57 kq), Ənvərbəy Dalqatov, Coşqun Əzimov, Ağahüseyn Mustafayev (hər üçü- 65 kq), Hacımurad Ömərov (70 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev (74 kq), Məhəmməd Abdulxaliqov, İbrahim Yusubov, Aleksandr Qostiyev (86 kq), Hacımurad Şərifov (97 kq), Əli Məhəmmədəbirov, Əli İsayev və Aslan Cəbişovdur (125 kq).

 

Bundan başqa, beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Xanmirzə Məlikəliyev, Rövşən Azadov və Əbdul Nuriyev görüşlərin idarə olunmasında ölkəmizi təmsil edəcək.

Həmin kateqoriyadan