Sərbəst güləşçilərimiz Yaşar Doğunun xatirə turnirində

28-29 martda İstanbulda Türkiyənin tanınmış sərbəst güləşçisi Yaşar Doğunun xatirəsinə 43-cü beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda milli komandamız da iştirak edəcək.

Məşqçilər Nazim Əlicanov və David Kurtsiyanın rəhbərliyi ilə qonşu ölkəyə Etibar Hacıyev, Əfqan Xaşalov, Ruslan Qasımov (hamısı – 57 kq), Cəlal Süleymanov, Ruhlan Məmmədov (hər ikisi – 61 kq), Ağahüseyn Mustafayev, Gitinoməhəmməd Hacıyev (65 kq), Hacımurad Ömərov (70 kq), Əşrəf Əliyev (74 kq) və Aleksandr Qostiyev (86 kq) yollanıblar.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı yer alacaq. Turnirin proqramına əsasən, martın 28-də 57, 65, 74 və 97 kq, martın 29-da isə 61, 70, 86 və 125 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparacaq.

Həmin kateqoriyadan