- Baxış sayı: 82
- 18 Mart 2024 21:30
- Baxış sayı: 73
- Mart 17, 2024
- 0
Qazaxıstanın paytaxtı Nursultanda güləş üzrə dünya çempionatına az vaxt qalır. Allsport.az saytı xəbər verir ki, komandalarımız hazırlığın son mərhələsinə qədəm qoyur. Avqustun 12-dən Göygöl olimpiya idman kompleksində təlim-məşqə start verən “sərbəstlər”, orada olduğu müddətdə əsasən ümumi fiziki hazırlıq və taktiki-texniki çalışmalar üzərində işləyib.
Baş məşqçi Saypulla Absəidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi, AGF-in baş katibi Orxan Məmmədov və vitse-prezident Firdovsu Umudovun nəzarəti ilə hazırlıq keçən millimizin son toplanışı 1-16 sentyabr Bakıda, öz bazasında olacaq.