- Baxış sayı: 111
- 18 Mart 2024 21:30
- Baxış sayı: 78
- Mart 17, 2024
- 0
Sərbəst güləş yığmamız Mahaçqalada təlim-məşqi davam etdirir. Allsport.az saytı xəbər verir ki, martın 5-dən ölkə dışında növbəti hazırlığa start verən millimiz ayın 19-da toplanışı yekunlaşdıraraq Vətənə dönəcək.
Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sədrəddin Ayqubovun rəhbərliyi ilə keçirilən çalışmada həm fiziki, həm də taktiki-texniki hazırlığa diqqət yetirilir.
Gələn ay Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışı yerli komandayla birgə baş tutub. Qeyd edək ki, yunan-Roma və qadınlardan ibarət millilərimiz qitənin ən güclülərinin yarışına paytaxtda hazırlaşır.