Sərbəst güləşçilərin ölkə çempionatı da qalmaqalsız ötüşmədi

Bakı idman sarayında sərbəst güləşçilərin Azərbaycan çempionatı sona yetdi. Allsport.az saytı xəbər verir ki, ümumilikdə, bu növdə 205 bahadır mücadilə etdi.

Gərgin tutaşmalarda Mahir Əmiraslanov (57 kq), Mircəlal Həsənzadə (
61 kq), Turan Bayramov (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), İbrahim Yusubov (79 kq), Murad Süleymanov (86 kq), Şamil Zubairov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və İslam Abuyev (125 kq) qalib adını qazandılar.

Yeri gəlmişkən, sərbəst güləş yarışı da qalmaqalsız ötüşmədi. 86 kq-da İslam İlyasovla Kənan Əliyev arasında bürünc medal uğrunda görüşdə, adı 2-ci çəkilən şəxs hesabda 4:0 irəlidə olarkən, idmançıya yaraşmayan hərəkətə yol verdi. Belədə, tərəflər arasında gərginlik yaşandı. Federasiya rəhbərliyinin müdaxiləsindən sonra ara sakitləşdi və qazaxlı pəhləvan yarışdan xaric olundu.

Həmin kateqoriyadan