Sərbəst və yunan-Roma güləşçilərimiz U-15 qitə birinciliyində

İyunun 27-dən 30-dək Polşanın Krakov şəhərində 15 yaşadək güləşçilərin Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda “sərbəstlər”də məşqçi Namiq Quliyevin rəhbərliyi ilə Elman Məmmədov (38 kq), Adəm Bağırov, Ruslan Abdullayev (hər ikisi – 41 kq), Tural Niftiyev, İbrahim Musayev (44 kq), Abdulrəhman İbrahimov, Musa Ağayev (48 kq), Elcan Nadirli, İlkin Qənbərov (52 kq), Elnur Qədirov (57 kq), Səlim Məmmədov, Fərman Hüseynov (62 kq), Məzaim Mərdanov, Həsən Pələngov (68 kq), Səttarxan Allahverdili (75 kq) və Ədalət Hümbətov (85 kq) mübarizə aparacaqlar.

“Klassiklər”də böyük məşqçi Əbülfət Məmmədov və məşqçi İlham Vəzirovun rəhbərliyi ilə Fərahim Mustafayev, Rahim Həsənov (hər ikisi – 38 kq), Məhəmməd Qasımzadə, Pərviz Dadaşov (41 kq), Təvəkkül Həziyev, Balağa Mikayılzadə (48 kq), Fərid Məmmədov, Fərid Xəlilov (52 kq), Davud Məmmədov, Fizuli Abbasov (57 kq), Kənan Abdullazadə, Həsən Əliyev (62 kq), Cocu Səmədov və İbrahim Mehrəliyev (75 kq) çıxış edəcək.

Görüşlərin idarə olunmasında bizdən 3-cü dərəcəli beynəlxalq hakim Babək Allahverdiyev yer alacaq.

Həmin kateqoriyadan