Sərbəst və yunan-Roma güləşində əsas qüvvəmiz mübarizəyə atılır

İslam oyunlarında güləş yarışı 17-21 mayda Heydər Əliyev adına İdman Arenasında keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu mübarizədə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparacaq.

İlk 4 gündə ilk 2 üsulda rəqabər olacaq. “Sərbəstlər”də baş məşqçisi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi ilə Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Məhəmməd Müslümov (65 kq), Murtuz Müslümov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) xalça üzərinə çıxacaqlar.

Yunan-Roma güləşçilərin mücadiləsində baş məşqçisi Şaban Donat, böyük məşqçi Akif Əliyev və məşqçi Nurəddin Rəcəbovun Murad Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriətiyə (130 kq) imkan verəcək.

Həmin kateqoriyadan