“Sərhədçi”də qarışıq döyüş növləri üzrə beynəlxalq turnir

Sentyabrın 25-də Bakıda “Sərhədçi” Olimpiya İdman Mərkəzində Azərbaycan Pankration, Qrappling və MMA Federasiyasının təşkilatçılığı ilə beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda ev sahibi ilə yanaşı, Gürcüstan, Qazaxıstan, Rusiya, ABŞ və Türkiyədən tanınmış qarışıq və qaydasız döyüş ustaları iştirak edəcəklər.

Onların arasında dəfələrlə dünya çempionu və müxtəlif turnirlərin qalibi olmuş Cef Monson, Georgi Barkala, Mehmet Özer və Jalqqasiy Jumageldi kimi məşhur idmançılar var. Həmçinin bir sıra xarici ölkələrin federasiya rəhbərləri də turnirə qonaq kimi qatılacaqlar.

Qarışıq döyüş növləri (MMA) üzrə beynəlxalq turnirdə ölkəmizi Azərbaycan milli yığma komandasının üzvlərindən Tofiq Musayev (77 kq), Vüqar Kərəmov (71 kq), Aqşin Babayev (66 kq), Fuad Qədirov (93 kq) və Teymur Mehdiyev (93 kq) təmsil edəcəklər.

Turnirin ən maraqlı döyüşünün Teymur Mehdiyev və Cef Monson arasında olacağı gözlənilir. Saat 20:00-da başlayacaq görüşləri beynəlxalq dərəcəli hakimlər idarə edəcəklər.

Həmin kateqoriyadan