Sərtan Daşqın “Sumqayıt”da

Transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətinə yeni futbolçu qatıb. Allsport.az saytı xəbər verir ki, “kimyaçılar” son mövsümü “Keşlə”də keçirmiş Sərtan Daşqınla anlaşıb. 

Onunla 2-illik müqavilə bağlanılıb. Müdafiəçi karyerasında yalnız “Keşlə”də çıxış edib (55 oyun, 4 qol). Sərtan U-19 (3 oyun) və U-21 millilərimizin (11 oyun) şərəfini qoruyub.

Həmin kateqoriyadan