“Şərurspor”un hücumçusu Fərmayıl Əliyev və məçqçi Mehman Yunusov “Şəmkir”də

Premyer Liqaya çıxmağı qarşısına məqsəd qoyan “Şəmkir” futbol klubu bu istiqamətdə inamlı addımlar atır. Allsport.az saytı xəbər verir ki, komanda heyətin gücləndirilməsi işini davam etdirir. Artıq ilk transfer gerçəkləşib. Qərb təmsilçisi  “Şərurspor”un hücumçusu Fərmayıl Əliyevlə müqavilə imzalayıb.

Komandanın məşqçilər heyətində də dəyişikliklər edilib. Belə ki, şəmkirlilərə heç də yad olmayan Mehman Yunusov köməkçi-məşqçi vəzifəsində çalışacaq.

Həmin kateqoriyadan