Sərxan Quliyev Bişkekdə ustad dərsləri keçir

Bişkekdəki Uşaq Şahmat Mərkəzində pulsuz ustad dərsləri keçmək üçün, Azərbaycandan beynəlxalq dərəcəli qrossmeyster Sərxan Quliyev xüsusi dəvət edilib. Allsport.az saytının xəbərinə görə, bu barədə mərkəzin rəhbəri Bəxtigül Tilenbayeva məlumat verib.

O bildirib ki, artıq səkkiz gündür Sərxan Quliyev mərkəzin 18 istedadlı şahmatçısına bu qədim idman növünün sirlərini öyrədir. Bu il dünya çempionatında Qırğızıstandan 8 nəfər iştirak edəcək və onlardan 7-si Uşaq Şahmat Mərkəzinin şagirdidir.

Həmin kateqoriyadan