“Sabah” 25 yaşlı ukraynalı yarımmüdafiəçi transfer edib

Premyer liqanın debütantı yeni transfer edib.

Allsport.az saytı xəbər verir ki, “Sabah” son 6 ayda Belarusun “Neman” klubunda oynayan yarımmüdafiəçi Vitali Kvaşukla anlaşıb.

25 yaşlı ukraynalı futbolçu ilə 3-illik müqavilə bağlanılıb. O, Qrodno təmsilçisində 12 matçda medana çıxıb. 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan