Sabah ağırlıqqaldıranların ölkə çempionatı başlayır

1-4 martda Şimal DRES qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı keçiriəcək. Allsport.az saytı xəbər verir ki, yarışda ölkənin bütün bölgələrindən 150-yə yaxın atlet qüvvəsini sınayacaqlar.

Tədbirin məqsədi idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirənlərin seçilməsi, milli komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Həmin kateqoriyadan