“Sabah” Arif Əsədovla bağlı bəyanat yayıb

1-ci вivizionda mübarizə aparan “Sabah” klubu bəyanat yayıb. Allsport.az saytı xəbər verir ki, komanda baş məşqçi Arif Əsədovun mövsümün sonunda göndəriləcəyinə dair xəbəri təkzib edib:

“Mətbuatda komandamızın baş məşqçisi Arif Əsədovun mövsümün sonunda klubu tərk edəcəyi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Arif Əsədov komandanın baş məşqçisi vəzifəsini icra etməkdə davam edir.

Komandanın növbəti mövsüm üçün planları gələcəkdə komandanın qarşısına qoyulacaq hədəflərdən asılı olacaq”.

Həmin kateqoriyadan