Sabah badmintonçularımız Avropa çempionatında mübarizəyə başlayır

Sabah Fransanın Nant civarında yerləşən La Roşe şəhərində badmintonçuların Avropa çempionatı start götürəcək. Allsport.az saytı xəbər verir ki, bu yarışda ölkəmizi baş məşqçi Ceyhun Məmmədəliyevin rəhbərliyi ilə Azərbaycan çempionları Orxan Qələndərov və Kənan Rzayev təmsil edəcəklər.

Adı ilk çəlilən idmançımız qoşa proqramla yanaşı, şəxsi yarışda da mübarizə aparacaq. Onun 1/16 finalda rəqibi ukraynalı Dmitri Zavadski olacaq.

Həmin kateqoriyadan