“Sabah”ın futbolçuları Madriddə kubok qazandı, çempionlar liqasının finalını izlədi

Madriddə “Dostluq üçün futbol” sosial layihəsində iştirak edən “Sabah” Vətənə kubokla dönüb. Allsport.az saytı xəbər verir ki, qapıçı Ayxan Əlizadənin çıxış etdiyi “Antiguan Racer” komandası turniri çempion kimi başa vurub. 

Digər futbolçulardan Babamirzə Mehdiyevin komandası mübarizəni qrup mərhələsində, Fatimə Məhərrəmlinin oynadığı komanda isə yarımfinalda dayandırıb.

“Sabah”ın məşqçisi Samir Əbdürəhmanov “Dostluq üçün futbol beynəlxalq məşqçilər akademiyası”nın təlimlərində fəal iştirak etdiyi üçün təşkilatçılar tərəfindən xüsusi diplomla təltif edilib.

Onlar iyunun 1-də, Madridin “Vanda Metropolitano” stadionunda çempionlar liqasının final görüşünü (“Tottenhem” – “Liverpul” 0:2) canlı izləyiblər.

Həmin kateqoriyadan