“Sabah” Honduras millisinin üzvü ilə anlaşdı

“Sabah” heyətini gücləndirib. Allsport.az saytı xəbər verir ki, paytaxt klubu 29 yaşlı hücumçu Rocer Roxas ilə 1-illik sözləşib. 

Honduraslı futbolçu karyerası ərzində ölkəsinin “Olimpiya” (2008-14, 2015/16), Səudiyyə Ərəbistanının “Əl-İttifaq” (2014), Meksikanın “Nekaksa” (2014/15) və “Simarrones” (2016/17) klublarında çıxış edib.

Onun son komandası Kosta-Rikanın “Alaxuelense” klubu olub. Rocer Honduras millisində 32 oyun keçirib, 3 qol vurub.

Həmin kateqoriyadan