“Sabah” Moldova millisinin hücumçusunu alıb

Sabah” qış fasiləsində növbəti transferini edib. Allsport.az saytı xəbər verir ki, 1-ci divizion klubu moldovalı hücumçu Artyom Zabunla 1,5 illik müqavilə imzalayıb.

“Şerif” komandasının yetirməsi olan futbolçu peşəkar karyerası ərzində “Sfantul George”də (Moldova), “Krumkaçı”dı (Belarus) forma geyinib.

Moldovanın aşağı yaş qrupu üzrə yığmalarında da çıxış edən 21 yaşlı hücumçu, əsas millidə bir matç keçirib.

Həmin kateqoriyadan