Sabah paytaxtda planetin ən güclü cüdoçularının mücadiləsi başlayacaq

Sabah Milli Gimnastika Arenasında dünya çempionatı başlayacaq. Allsport.az saytı xəbər verir ki, sentyabrın 27-dək davam edəcək yarışda 129 ölkədən 800 cüdoçu mübarizə aparacaq. Ölkəmizi bu rəqabətdə 9 kişi və 6 qadın təmsil edəcək. Fərdi yarışlar hər gün saat 10:00-da, medal görüşləri saat 16:00-da start götürəcək.

Yarışın 1-ci günündə 60 kq-da kişilər və 48 kq-da qadınlar tatami üzərinə çıxacaqlar. Sonuncu günündə, ayın 27-də qarışıq komanda yarış olacaq. Digər günlərdən fərqli, çempionatın sonuncu günündə mücadilə saat 9:00-da başlayacaq.

Dünya çempionatına bilet satışı davam edir. Yarış üçün biletləri “ASAN xidmət” mərkəzlərindən, şəhərimizin bütün kassalarından, eləcə də onlayn qaydada “iTicket.az” saytından almaq olar. Qiymət dərəcələrə uyğun olaraq səhər yarışları üçün 1,5, VIP yerlərə 25, final mərhələsi üçün isə 2 və 10, VIP yerlərə 50 manatdır.

Həmin kateqoriyadan