LAYİHƏ
Sabah Şəriəti: «Parter» üzərində yaxşı hazırlaşmışdım

Çoxları Sabah Şəriətidən (130 kq) Rio-2016-da medal gözləmirdi. Çünki ən ağır çəkidə mükafat qazanmaq bizdə müşkül məsələdir. O ki qaldı söhbət adi sınaq meydanı deyil, bəşəriyyətin ən böyük idman təntənəsi – olimpiya oyunlarından gedirsə. Bu yöndə uğur qazanmaq üçün, həmin ölkədə güləşin öz kökü, ənənələr məktəbi, hətta zəngin fərqli tarixçəsi, vikinq əzəmətli dözüm və çevikliyi olmalıdır. Bizdə adətən, aşağı aşağı çəkilərdə uğur olub.
Amma azman bahadırımız sübut etdi ki, düzgün iş qurulsa, ən ağır çəkidə, ən çətin rəqabətdə də fərqlənmək mümkündür. Allsport.az saytına müsahibəsində, onun ilk ürək sözü bu oldu:

– Medal qazandığım üçün, çox xoşbəxtəm. Məşqçilər heyətinə, federasiyaya təşəkkürümü bildirirəm. Onların mənim üzərimdə böyük əməyi var. Medalı Azərbaycan xalqına həsr edirəm.

YunanRoma güləşində ən ağır çəkidə fərqlənmək zordur. Sən çətin tapşırığın üzərindən gəldin, güləşimizdə ilk etdin.
– Razıyam, olimpiya oyunlarında mükafat qazanmaq asan məsələ deyil. Bütün idmançılar ora əla formada gəlirlər. Hamı da medal qazanmaq istəyir.  Çünki anlayırlar ki, bu dəfə bacarmasalar, bir də 4 il gözləməli olacaqlar.

Sabah, milli komandanın əksər güləşçiləri  «parter» zəif təsir bağışladılar: istər götürmədə, istərsə müdafiədə. Amma sən xalların çoxunu bu vəziyyətdən aldın. Olmaya, hazırlığının əsas hissəsini buna yönəlmişdin?
– Şəxsi məşqçim çox şeyi başa salmışdı. Olimpiadaya çalışmalarda həmin fəndlər üzərində işləyirdim. Anlayırdım ki, «klassik» güləşdə xalı əsasən bunda götürmək olar.

Qarşıda planların nədən ibarət olacaq?
– Rio oyunlarında öz sözümü dedim. İndi gərək Avropa və dünya çempionatlarında da fərqlənim. Nə qədər gücüm var, güləşəcəyəm, mükafatlar uğrunda mübarizə aparacağam.

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Həmin kateqoriyadan