Sabah U-21 “Syon”la

Antalyada olan “Sabah” hazırlıq çərçivəsində son yoxlama oyununu İsveçrənin “Syon” klubunun U-21 futbolçularına qarşı keçirəcək. Allsport.az saytı xəbər verir ki, sabah görüş saat 16:00-da baş tutacaq.

Debütant Antalya toplanışında sınaq matçlarında Türkiyənin “Əskişəhərspor” (1:0) və Macarıstanın “MTK Budapeşt” klublarını məğlub edib (3:1), Qazaxıstan “Tobol”u ilə heç-heçə edib (2:2).

Həmin kateqoriyadan