“Sabah” üçün yığılıblar

“Qəbələ” 9-cu turun hazırlığına start verib. Allsport.az saytı xəbər verir ki, oktyabrın 27-də keçirilən “Sumqayıt”la səfər matçının ertəsi Bakıda bərpaedici məşq keçib, ardınca birgünlük istirahətə buraxılan komanda paytaxtda bir araya gəlib.

“Qırmızı-qaralar” bu gün baş tutan səhər məşqi ilə “Sabah”la qarşılaşmanın hazırlığına başlayıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən məşq prosesi “Bakı” FK-nın təlim-məşq bazasında gerçəkləşib. Futbolçular əvvəl fiziki təmrinlər yerinə yetirib, ardınca meydançada toplu çalışmalar icra olunub.

Bir məşqlə paytaxt hazırlığını yekunlaşdıran “qırmızı-qaralar” sabah Qəbələyə yollanacaq. Günün ilk yarısında Bakını tərk edəcək komanda hazırlıqlarını şəhər stadionunda davam etdirəcək.

Xatırladaq ki, noyabrın 4-də keçiriləcək matç saat 17:00-da başlayacaq.

Həmin kateqoriyadan