Sabah voleybolçularımız üçün tale günü

İyunun 6-da qadın voleybolçuların Qızıl Avropa liqasında qrup mərhələsi yekunlaşacaq. Allsport.az saytı xəbər verir ki, millimiz 6-cı turda Ukraynanın qonağı olacaq.

İvano-Frankovsk şəhərinin Bədən Tərbiyəsi Kollecinin idman zalında baş tutacaq görüşü Yan Krtiçka (Çex Respublikası) və Andrey Kovalçuk (Ukrayna) idarə edəcəklər. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Yer aldığımız “A” qrupunun digər görüşündə isə Portuqaliya Bolqarıstanı sınağa çəkəcək. Qalib gələcəyimiz halda, qrupda tutacağımız yer məhz bu görüşdən asılı olacaq.

Qeyd edək ki, Bolqarıstanla Azərbaycanın 12, Ukraynanın 6 xalı var. Portuqaliya isə hələ də xal qazana bilməyib.

Həmin kateqoriyadan