“Sabah”da azyaşlı qapıçılar üçün məşğələ

“Sabah” futbol akademiyasında seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, qapıçılar üzrə əlaqələndirici Xəyal Zeynalov və qapıçı məşqçisi Elçin Cəfərov öz biliklərini azyaşlı futbolçularıla bölüşüblər.

Toplantda akademiyasının aşağı yaş qruplarında çıxış edən bütün qapıçılar iştirak edib. Azyaşlı qapıçıların öz mövqeyi üzrə biliklərini inkişaf etdirməsi baxımından səmərəli olan bu cür seminarların gələcəkdə mütəmadi hal alması planlaşdırılır.

Həmin kateqoriyadan