“Sabah”da yeni məşqçi təyinatları

“Sabah”ın əvəzedici komandasında yeni məşqçi təyinatları gerçəkləşib. Allsport.az saytı xəbər verir ki, son mövsümdə əsas komandada çıxış etmiş Bəxtiyar Soltanov bundan sonra “Sabah-2”-də köməkçi məşqçi kimi fəaliyyət göstərəcək. O, son mövsümündə (premyer liqa və ölkə kubokunda) 15 oyun keçirib, 2 qol vurub.

“Sabah-2”də qapıçı məşqçisi postu isə Rauf Mehdiyevə həvalə olunub. Mehdiyev daha öncə “Simurq”da, həmçinin əsas, U-19 və U-17 millilərimizdə çalışıb.

Əvəzedicilərin baş məşqçisi Rövşən Babayevdir.

Həmin kateqoriyadan