“Sabah”dan “Sumqayıt”a

Transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə müqavilə bağlayıb. Allsport.az saytı xəbər verir ki, klub son mövsümü “Sabah”da keçirmiş Elgün Nəbiyevi heyətinə cəlb edib.

1-illik icarə əsasında “kimyaçılar”da olacaq 23 yaşlı futbolçu, 11 nömrəli geyimdə çıxış edəcək. Elgün Nəbiyev “Sabah”la yanaşı (25 oyun, 1 qol) “Zirə”nin də (4 oyun) uğurları üçün çalışıb.

Həmin kateqoriyadan