“Sabah”ın qapıçısı 100-ü haqladı

Topaz premyer liqasının 2-ci turu “Sabah”ın futbolçusu Saşa Stamenkoviç üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, serbiyalı qapıçı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

“Sumqayıt”la ev matçına qədər hesabında 99 oyun olan qolkiper yubileyi “Əlincə Arena”da qeyd edib. Lakin onun yubileyi uğursuz alınıb və 4 top buraxan qapıçının komandası meydandan xalsız ayrılıb – 1:4.

Ölkəmizdə 2011/12 mövsümündə debüt edib, 4 il “Neftçi”nin formasını geyinən və bu yay Azərbaycana qayıdan Stamenkoviç 100 matçda 99 qol buraxıb. Saşa Premyer Liqadakı 5-ci mövsümündə 2-ci klubunun şərəfini qoruyur.

Həmin kateqoriyadan