Şaban Donat: Medallarımız daha çox, əyarları daha yüksək ola bilərdi

Rusiya Federasiyasının Dağıstan Respublikasının Kaspiysk şəhərində Avropa çempionatında yunan-Roma güləş millimiz ümumilikdə 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb. Allsport.az saytı xəbər verir ki, yarışdan sonra baş məşqçi Şaban Donat bunu deyib:

“Bura 10 idmançı ilə gəlmişdik. Ən ağır çəkidə çıxış edən Türmən Eyyubovun zədəsi cardı. Qalanlarından medal gözləyirdim. Hamı yaxşı mücadilə etdi. Ən yaxşı mübarizə aparanlar medal qazandı. Yarımfinalda İslam Abbasovu sıxdılar. Yoxsa, o da fərqlənəcəkdi. Finalçı Murad Məmmədov ilk dəfə bu yarışda iştirak edirdi.

Mükafata yetişənlərin əyarları daha yüksək ola bilərdi. Federasiya bizə yaratdığı şərait əsasında hazırlaşıb mücadilə apardıq. İndi gəncləri püxtələşdirib əsas komandaya cəlb etmək, Tokio-2020-yə də iddialı yollanmaq. Hədəfimiz olimpiadada qızıl medal qazanmaqdır”.

Həmin kateqoriyadan