Şaban Donatın komandası qitə çempionatında kuboka yiyələndi

Rumıniya paytaxtı Buxarestdə qitə çempionatında yunan-Roma güləş millimiz 76 xal toplayaraq, komanda hesabında 3-cü yeri tutub. Allsport.az saytının məlumatına görə, Rusiya (192) 1-ci, Türkiyə (132) isə 2-ci olub.

Yığmaya millimizə ən çox xalı finala kimi irəliləyən İslam Abbasov qazandırıb. Avropa ikinciliyinə görə komandamızın hesabına 20 xal yazılıb.

Bürünc medalçılar – Eldəniz Əzizli və Taleh Məmmədovdan hərəyə 15 xal gəlibsə, medal görüşündən məğlub ayrılan Orxan Nuriyevin əldə etdiyi xal 10-a bərabər olub. Yığmamıza digər xallar Sabah Şəriəti (8), Murad Məmmədov (6) və debütant Ülvi Qənizadədən (2) gəlib.

Həmin kateqoriyadan