Sablyaçı millimiz Belçikada 14-cü yeri tutdu

21-23 fevralda Belçikanın Gent şəhərində sablyaçılar arasında dünya kuboku keçirilib. Allspot.az saytı xəbər verir ki, yarışda ölkəmizi baş məşqçi Fikrət Vəliyevin rəhbərliyi ilə Səbinə Mikina, Fatma İbrahimova, Sevil və Sevinc Bünyatova bacılarını təmsil ediblər.

Bu gün komanda yarışında millimiz qazaxıstanlı həmkarını 45:32 üstələyib. 1/16 finalda sablyaçılarımız eyni hesabla güclü ABŞ kollektivinə uduzub. Macarıstanla görüşdə, rəqib aparıcı idmançımız Səbinə Mikinanın dizinə ağır zərbə vurub. Bu, qarşılaşma dunaylıların xeyrinə bitib (40:45).

Belarus komandasını 45:35 məğlub edən millimiz, Venesuela sablyaçılarına 23:45 yenilərək, yekunda 14-cü olub.

Həmin kateqoriyadan