Sablyaçılarımız ən yaxşı nəticəni komanda yarışında göstərib

Sablya qadınlardan ibarət millimiz ABŞ-ın Baltimor şəhərində dünya kuboku seriyasında iştirak edib. Allsport.az saytı xəbər verir ki, komandamız həm fərdi, həm də komanda yarışlarında qüvvələrini sınayıb.

Aysel Əhədova, Sevil və Sevinc Bünyatova bacılarından ibarət komandamız ilk mərhələdə Qazaxıstan komandasını 45:42 hesabı ilə məğlub edib. Komandamız 8 komanda arasında yüksəlmək uğruda görüşdə italiyalı həmkarlarına məğlub olub. (18:45) Ardınca Ukrayna və Yaponiya komandalarına uduzan sablyaçılarımız 15-16-cı yerlər uğrunda görüşdə Belarusa 45:43 hesabı ilə qalib gələrək, 19 komanda arasında 15-ci yeri tutub.

Şəxsi yarışında ən yaxşı göstərici Sevil Bünyatovaya məxsusdur. Qrup mərhələsini 3 qələbə ilə bitirən Sevil, ardınca polşalı və belaruslu rəqiblərini mübarizədən kənarlaşdırıb. Sablyaçımız 32 ən güclü idmançı sırasına yüksəlmək uğrunda görüşdə rumıniyalı Biaka Paskuya uduzaraq turniri 59-cu sırada tamamlayıb.

Qrup mərhələsində 2 qələbə qazanan Sevinc Bünyatova isə növbəti mərhədə yaponiyalı Urano Kanaya uduzub.
Qrupda bir qələbə qazanan Aysel Əhədova isə mübarizəni erkən dayandırıb.

Həmin kateqoriyadan