Sablyaçılarımız Gürcüstan paytaxtında hazırlıq keçəcək

18-27 yanvarda qılıncoynatmanın sablya növü üzrə millimiz Tiflisdə təlim-məşq keçəcək. Allsport.az saytı xəbər verir ki, toplanış ayın 28-də keçiriləcək beynəlxalq “Sattelit” turnirinə hazırlıq xarakteri daşıyır.

Komandamızın heyətində məşqçi Elxan Əhmədov rəhbərliyi ilə Cavanşir Ağakişiyev, Elvin Rzazadə, Xalid Əsədov, Abdulla Həsənov və Qərib İbrahimov yer alacaqlar.

Həmin kateqoriyadan