Sablyaçılarımız pley-offda uduzublar

Çinin Usi şəhərində qılıncoynatma üzrə dünya çempionatının 3-cü yarış günündə sablya millimiz çıxış edib. Allsport.az saytı xəbər verir ki, bizdən Səbinə Kərimova (Mikina), Sevil və Sevinc Bünyatova (Yusubova) bacıları şəxsi yarışda mübarizəyə qoşulublar. Adı 3-cü çəkilən təmsilçimiz qrupda keçirdiyi 6 görüşdən 2-də qələbə qazanmaqla, növbəti mərhələyə vəsiqə qazanıb.

Sablyaçımız Kanada və Tayvan təmsilçilərini məğlub edib. Sevinc pley-offda çinli Yinqjia Maya uduzub. Qrupda Qazaxıstan və Tailandı təmsil edən sablyaçılara qalib gələn Sevil Bünyatova da növbəti mərhəyə adlamağı bacarıb. O, növbəti görüşündə misirli Nada Hafaza uduzub.

Analıq məzuniyyəti ilə əlaqədar uzun müddət kənarda qalan Səbinə Kərimova  qrup mərhələsini 3 qələbə ilə başa vurub. Sabıyaçımız Qazaxıstan, ABŞ və Tailandı təmsil edən idmançılara qalib gəlib. O, pley-offda polşalı Marta Pudaya uduzub.

Həmin kateqoriyadan