Sablyaçılarımızın Suel sınağı

29-31 martda Koreya paytaxtı Seulda sablyaçılar arasında Dünya Kuboku mərhələsi keçiriləcək. AQF-in 1-ci vitse-prezidenti Yaşar Məmmədovun allsport.az saytına verdiyi məlumata görə, bu yarışda milli komandamız da çıxış edəcək.

«Sübh şəfəqi ölkəsi»nə baş məşqçi Fikrət Vəliyevin rəhbərliyi ilə Səbinə Mikina, Sevil və Sevinc Bünyatova bacıları yollanacaqlar. Kişilərin rəqabətində Azər Tağıyev mübarizə aparacaq.

Qılıncoynadanların hamısı «Neftçi» İdman Klubunun üzvləridir. Yarışa seçmə komandalarımız Gənclər və İdman Nazirliyinin maliyyə xətti ilə səfər edəcəklər.

Həmin kateqoriyadan