Sablyaçımız Moskvada 3-cü olub

Maqsud Hüseynli, Saleh Məmmədov, Murad Əkbərov və Zərifə Hüseynovadan ibarət yeniyetmə sablya millimiz Moskvada yerləşən 2-qat olimpiya çempionu İlqar Məmmədov adına qılıncoynatma mərkəzində təlim-məşqdədir.

Allsport.az saytı xəbər verir ki, toplanış çərçivəsində adı son çəkilən idmançımız 2006-cı il təvəllüdlülərin açıq turnirinə qatılıb. Zərifə 19 nəfər arasında 3-cü yer tutub.

Komandamızı 19-20 oktyabrda Rusiya paytaxtında “European Cadet Circuit” gözləyir.

Həmin kateqoriyadan