Şabranda stolüstü tennis üzrə zona birinciliyi keçiriləcək

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92–ci ildönümü münasibətilə aprelin 25–26-da Şabran rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə şimal zonası rayonları arasında stolüstü tennis üzrə açıq birincilik keçiriləcək. Allsport.az xəbər verir ki, yarışda 2000–ci il təvəllüdlü, eləcə də daha aşağı yaşlı oğlanlar və qızlar həm şəxsi, həm də komanda hesabında mübarizə aparacaqlar.

Yarışın təşkilində məqsəd stolüstü tennisin şimal bölgəsində inkişafını, yeniyetmə və gənclər arasında təbliğini təmin etmək, ən güclü idmançıları müəyyənləşdirib onları qarşıdan gələn turnirlərə hazırlamaq, eləcə də idmançılar arasında dostluq və tanışlıq əlaqələrinin möhkəmlənməsinə nail olmaqdır.

Birinciliyin qalibləri Şabran rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin diplom, medal, kubok və hədiyyələri ilə təltif olunacaqlar.

Həmin kateqoriyadan