“Şadam ki, vacib işin öhdəsindən gəldik”

19 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının ilkin seçmə mərhələsinə heç-heçə ilə başlayıb. Allsport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Nikolay Adam Macarıstanda yerli komanda ilə 1:1 hesablı bərabərlikdən razı qalıb.

Oyundan sonra fikirlərini bildirən mütəxəssis seçmə mərhələyə məğlubiyyətsiz başladıqlarına görə çox sevindiyini deyib:

“Şadam ki, bu vacib işin öhdəsindən gəldik. Hesabda geri olduğumuz üçün ikinci hissədə Elnur Cəfərovu dəyişməklə taktiki addım atdıq. Nəyisə dəyişməyimiz lazım idi. Nəticədə cavab qolunu vura bildik”.

Həmin kateqoriyadan