Güləş azarkeşi Nursultanda da millini tək qoymayacaq: “Maşa mənə öz maskotunu hədiyyə etdi”

Güləş azarkeşi Bəxtiyar Əliyev Qazaxıstan paytaxtında keçiriləcək dünya çempionatında da milliyə dəstək olacaq. Bunu allsport.az saytına onun özü deyib. Bildirib ki, artıq ayın əvvəlindən biletini alıb və səbirsizliklə yarışın başlama gününü gözləyir: “Nursultanda rəqabət çox gərgin olacaq. Çünki lisenziyalı dünya çempionatıdır. Ora çox sayda iranlı tərəfdar da gələcək. Onlar indidən bizimkilərə çətin olacağı ismarıcını veriblər”.

Həmyerlimizin sözünə görə, Budapeştdə bir addım həmişə xatirində qalacaq: “Mən azarkeşəm. Həmişə istəyirik ki, bizə idmançılardan nəsə xatirə qalsın. Macarıstanda təşkil olunan dünya çempionatında Mariya Stadnik ona mükafatlandırmada verilən yarışın maskotunu mənə hədiyyə etdi. Onu indiyədək saxlayıram. Buxarestdə qitə çempionatında və Minsk-2019 Avropa oyunlarında da güləşçilərimizə tribunadan azarkeşlik etdim”.

Həmin kateqoriyadan