Sadıq Sadıqov: İslam oyunlarında belə yüksək uğur olacağını gözləmirdim

«Milli komandaya baş məşqçi gətirilməsi indi gündəmdə yoxdur»

Cüdo üzrə milli komandalarımız İslam oyunlarında yüksək nəticə göstərdi. 6 qızıl və 7 gümüş medal qazanan tatami ustalırımız, kişilərin komanda yarışında 1-ci, qadınlarda 2-ci pilləni tutdu. Allsport.az saytına müsahibəsində, ACF-in 1-ci vitse-prezidenti Sadıq Sadıqov bu qədər böyük nailiyyət olacağını gözləmədiyini dedi: «Etiraf edirəm, belə yüksək nəticə ağlıma gəlməzdi. Düzdür, son Avropa çempionatından sonra Azərbaycanın kişi cüdoçularının nəyə qadir olduğunu bütün dünya bir daha gördü. Belədə, İslam oyunlarında da uğur olacağını gözləyirdik, amma belə şəkildə yox. Allaha çox şükür olsün ki, xalqımızın önündə üzüağ olduq».

Sadıq Sadıqov qarşıdakı planlardan da danışdı. Bildirdi ki, bundan sonra əsas hədəf avqustun axırında Macarıstanda start götürəcək dünya çempionatıdır: «İslam oyunlarından sonra dünyanın ən güclülərinin yarışına hazırlıq başlayacaq. Yaponiyada bir neçə təlim-məşq toplanışımız olacaq. Yarış təcrübəsini sabit saxlamaq üçün bir neçə qran-pridə iştirak edəcəyik. Qadınlarda çatışmamazlıqlar var, bunu legionçularlar dəvət edərək qismən aradan qaldırmağa çalışırıq. Bizim hədəfimiz daim yüksək yerlərədir. Nəzərə alsaq ki, növbəti dünya çempionatı Azərbaycanda təşkil olunacaq, ona görə Budareştdə də ididalı yollanmalıyıq».

ACF-in 1-ci vitse-prezidenti bir müddətdir açıq qalan baş məşqçi məsələsinə də aydınlıq gətirdi: «Fərhad Məmmədov öz işini uğurla davam etdirir. Amma ola bilsin, milliyə yeni əcnəbi baş məşqçi gəlsin. İndi fikrimiz yoxdur, amma belə soraqlaşırıq. Bu işdə yerli məşqçilərlə məsləhətləşmələr davam edir: hansı gələn mütəxəssis bizimkilərdən səviyyəcə qat-qat üstün olacaq və yerlilərlə dil tapacaq. Yenə söyləyirəm, belə bir şey indi gündəmdə yoxdur, amma nə vaxtsa bu baş versə, təəccüb doğurmamalıdır».

Müsahib sonda bölgələrdə gedən işdən də danışdı. Qeyd etdi ki, məqsəd maddi-texniki baxanı yaxşılaşdırmaqdır, kütləviliyi artırmaqdır: «Azərbaycanda regionu səkkiz yerə böldük, artıq altısında fəaliyyət var. Rayonlarda cüdo məktəbləri tatami, kimono və idman geyimləri ilə təmin edirik. Bölgələrdə yaxşı uşaqların yetişməsinə çalışırıq. Yaxın dövrdə ölkə birinciliklərini təsnifat üzrə keçirəcəyik ki, final mərhələsi daha səviyyəlilər çıxsın».

Kamran HACI

Həmin kateqoriyadan