Sadıq Sadıqov: Ötən il “Neftçi İdman Klubu”nun idmançıları 1150 medal qazanıblar

“Ötən il ərzində “Neftçi İdman Klubu” İctimai Birliyinin atletləri 1150 medal qazanıblar”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov deyib. O bildirib ki, medallardan 422-si qızıl, 329-u gümüş, 399-u isə bürüncdür.

Qazandığı yüksək nailiyyətlərə görə klub Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən yaxşı idman təşkilatı” adına layiq görülüb. Bütün bu göstəricilər “Neftçi İdman Klubu”nun ölkədə lider idman təşkilatı olmasını söyləməyə əsas verir.

“Klubun digər fəaliyyət istiqaməti olan peşəkar idmançıların hazırlığı sahəsində də çoxsaylı uğurlar əldə edilib. İdmançılarımız olimpiya oyunlarında, eləcə də müxtəlif səviyyəli beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edib və ölkəmizə medallarla dönüblər. Rio-2016-da klubun yetirmələri böyük əzmkarlıq nümayiş etdirərək 5 medala sahib olublar”, – deyə Sadıq.Sadıqov əlavə edib.

Həmin kateqoriyadan