“Şah” FİDE qran-prisində ilk dəfə yenildi, 3-cü sıraya düşdü

Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində FİDE-nin qran-pri seriyasının 1-ci mərhələsi sona çatmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, bu gün 8-cı turda millimizin üzvü Şəhriyar Məmmədyarov (2766) qara fiqurlarla rusiyalı Aleksandr Qrişuka (2742) uduzub.

Yarış ərzində ilk yenilgisini alan qrosmeysterimiz xalını (4,5) artıra bilməyib, zirvədən 3-cü sıraya düşüb. Sabah “Şah” ağlarla qadınlar arasında dünya çempionu Hoy Yufanla qarşılaşacaq.

Həmin kateqoriyadan