“Şah” FIDE qran-prisində zirvəni ələ keçirib

Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində FIDE-nin qran-pri seriyasının 1-ci mərhələsində millimizin üzvü Şəhriyar Məmmədyarov (2766) uğurlu çıxışını davam etdirir.

Allsport.az saytı xəbər verir ki, bu gün 4-cü turda böyük britaniyalı Maykl Adamsla (2751) qarşılaşan qrossmeysterimiz, növbəti qələbəsini qazanıb.

O, ağ fiqurlarla 43-cü güdişdə rəqibi təslim edib. Hazırda “Şah”ın hesabında 3 xal var, şahmatçımız İspaniya təmsilçisi Fransisko Valyexo ilə zirvəni bölüşdürür.

Həmin kateqoriyadan